Zelenski Çin lideri Si Cinpinlə telefon söhbətindən danışdı

Ukrayna prezidenti Vladimir Zelenski Çin lideri Si Cinpinlə telefon danışığı aparıb.

Azpost.info xəbər verir ki, bu barədə Zelenski məlumat verib.

Onun sözlərinə görə, söhbət zamanı tərəflər Ukraynanın Pekinə səfir göndərməsi məsələsini müzakirə ediblər.

“Si Cinpinlə uzun və əhatəli söhbətimiz oldu. İnanıram ki, bu çağırış, eləcə də Ukraynanın Çinə səfir təyin etməsi ikitərəfli münasibətlərin inkişafına güclü təkan verəcək”, – Zelenski bildirib.

Çin tərəfi hələlik iki lider arasında söhbətin təfərrüatlarını açıqlamayıb.

Zelenskinin Si Cinpinlə telefon söhbəti apardığı barədə Çin Mərkəzi Televiziyası da məlumat yayıb.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Norveçin 10 diplomatını “persona non-qrata” elan etdi

Sonrakı məqalə

II Dünya müharibəsinin veteranlarına 1500 manat veriləcək