Rusiya Norveçin Moskvadakı səfirliyi və müdafiə attaşesi aparatının 10 əməkdaşını “persona non-qrata” elan edib.
Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Norveç diplomatlarının ölkədən çıxarılması Oslonun Rusiya səfirliyindən 15 diplomatı və hərbi attaşe ofisinin əməkdaşlarını qovmaq qərarına cavabdır.
“Bu düşməncəsinə addım onsuz da kritik dərəcədə aşağı səviyyədə olan ikitərəfli münasibətləri daha da gərginləşdirdi”, – Rusiya XİN bəyan edib.
O da qeyd olunub ki, Norveçin Moskvadakı səfiri Robert Kvile Rusiya XİN-ə çağırılıb və ona kəskin etiraz bildirilib.
Azpost.info