Çərşənbə axşamı, dekabrın 19-da Ukrayna prezidenti Vladimir Zelenskinin geniş mətbuat konfransı keçiriləcək.
Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Aparatı məlumat yayıb.
Mətbuat konfransının saatı və yeri barədə məlumat verilmir. Jurnalistlərə bu barədə akkreditasiyanı təsdiq edən məktubla məlumat veriləcək.
Media orqanları Zelenskinin mətbuat konfransına 1 müxbir, 1 operator və 1 fotoqrafı akreditə edə bilər.
Prezident Vladimir Zelenski sonuncu dəfə 24 fevral 2023-cü ildə, Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə geniş mətbuat konfransı verdi. Həmin vaxt o, ümid etdiyini bildirmişdi ki, bir ildən sonra Ukraynada müharibə olmayacaq.
Azpost.info