Zelenski Gürcüstanın “Georgian Airways” aviaşirkətinə sanksiyalar tətbiq etdi

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya uçuşların bərpasından sonra Gürcüstanın “Georgian Airways” aviaşirkətinə və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.

Azpost.info xəbər verir ki, aviaşirkətin təsisçisi Tamaz Qaiaşvili də sanksiya siyahısına daxil edilib.

“Georgian Airways”ə qarşı məhdudiyyətlər on il müddətində qüvvədə olacaq. Sanksiyalar aktivlərin bloklanmasını, ticarət əməliyyatlarının məhdudlaşdırılmasını, kapitalın ölkədən çıxarılmasının qarşısının alınmasını nəzərdə tutur.

May ayında Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizaları və ölkəyə birbaşa uçuşlara qoyulan qadağanı ləğv edib. Bundan sonra “Georgian Airways” Tbilisidən Moskvaya ilk uçuşu həyata keçirib. Hava hərəkəti bərpa edildikdən sonra Gürcüstana ilk uçuşu isə Rusiyanın “Azimut” aviaşirkəti həyata keçirib.

Azpost.info

Əvvəlki məqalə

“Vaqner”in qiyamından sonra MKİ direktoru Narışkinə zəng edərək nə deyib?

Sonrakı məqalə

Prezident Baydenin nəvəsi Türkiyəyə dincəlməyə gəlib