Prezident Baydenin nəvəsi Türkiyəyə dincəlməyə gəlib

ABŞ prezidenti Co Baydenin nəvəsi 29 yaşlı Naomi Bayden Türkiyə çimərliklərinin birində gün keçirib.

Azpost.info bildirir ki, bu barədə şənbə günü “Hurriyyet” məlumat yayıb.

Hanter Baydenin qızı İzmir yaxınlığında, Türkiyənin qərb sahillərindəki Çeşmə kurort bölgəsində istirahət edib.
Onun istirahət mərkəzinə dostları ilə gəldiyi bildirilir. Qızlar Çeşmənin qumlu çimərliklərinin birində ayrıca pavilyon icarəyə götürüblər.
Naomi Baydeni çoxsaylı təhlükəsizlik əməkdaşları müşayiət edib.

Təhlükəsizlik əməkdaşları qızların dincəldiyi pavilyona əvvəlcədən baxış keçirib, həmçinin Amerika liderinin nəvəsi dənizdə çimməyə gedən zaman onu çimərliyə qədər müşayiət ediblər.

Azpost.info

Əvvəlki məqalə

Zelenski Gürcüstanın “Georgian Airways” aviaşirkətinə sanksiyalar tətbiq etdi

Sonrakı məqalə

ATƏT PA-nın payız sessiyası Ermənistanda keçiriləcək