Zelenski III Çarlzla görüşdü

Zelenski III Çarlz
Zelenski III Çarlz
Zelenski III Çarlzla görüşdü
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniya Kralı III Çarlz ilə Norfolkdakı Sandringem malikanəsində görüşüb.
AzPost xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Ukrayna lideri Londondan helikopterlə yola düşərək kral və kraliçanın çox vaxt keçirdiyi malikanəyə gəlib. Monarx siyasətçini şəxsən qarşılayıb.
Tərəflər bir az söhbət edib və içəri girməzdən öncə eyvanda birgə şəkil çəkdiriblər.
Həmçinin oxu:

Zelenski Britaniyanın Baş naziri ilə görüşdü

Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşüb.

AzPost bildirir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Britaniyanın baş naziri Ukrayna üçün suverenlik və təhlükəsizlik prinsiplərinə əsaslanan, uzunmüddətli sülhə nail olmaqda qətiyyətini ifadə edib.

O bildirib ki, “bu, Ukrayna üçün, Avropa üçün və Birləşmiş Krallıq üçün son dərəcə vacibdir”.

Ukrayna prezidenti Volodimir Zelenski isə, öz növbəsində Böyük Britaniyanın baş naziri Kir Starmerə sammitin təşkilinə görə təşəkkür edib və Ukraynanın belə strateji tərəfdaşlara malik olmasından məmnunluğunu vurğulayıb.

“Sabahkı görüşü qəbul etdiyinə görə Zati-aliləri Krala çox minnətdaram və belə mötəbər bir sammit təşkil etdiyiniz üçün sizə təşəkkür edirəm. Biz Ukraynada belə strateji tərəfdaşlara sahib olduğumuz üçün çox xoşbəxtik. Biz sizinlə tarixi sənəd – 100 illik tərəfdaşlıq sazişi imzaladıq. Belə bir sənəd yalnız Böyük Britaniya ilə mövcuddur. Buna görə biz çox sevinirik və sizin dəstəyinizə ümid edirik”, – deyə Zelenski Starmerlə görüşünün əvvəlində qeyd edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.