Zelenski Polşa Baş naziri ilə görüşdü- FOTO

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın işğalının ildönümü ilə əlaqədar Kiyevə gələn Polşa Baş naziri Mateuş Moravetski ilə görüşüb.

Azpost.info xəbər verir ki, Zelenski Moravetski ilə birlikdə Kiyev xəstəxanalarından birində müalicə alan ukraynalı hərbçilərə baş çəkib.

Zelenski əsgərlərə Ukraynanı fədakarlıqla müdafiə etdiklərinə görə təşəkkür edib və onların tezliklə sağalmalarını arzulayıb.

O, həmçinin ukraynalıları müalicə edən, onların həyatını xilas edən bütün tibb işçilərinə təşəkkür edib.

Azpost.info

Əvvəlki məqalə

Britaniyanın Baş naziri Ukraynaya dəstək üçün qapıya çıxdı –

Sonrakı məqalə

Qabiliyyət tələb edən bəzi ixtisaslarda nəzəriyyə fənləri imtahanları test üsulu ilə keçiriləcək