Britaniyanın Baş naziri Ukraynaya dəstək üçün qapıya çıxdı –Qızı və rəsmilərlə FOTO çəkdirdi

Britaniyanın Baş naziri Rişi Sunak Rusiyanın Ukraynaya hərbi təcavüzünün ildönümü günü “Dauninq-strit”dəki ofisinin qarşısında dəstək fotosu çəkdirib. 
Azpost.info bildirir ki, Baş nazirin kabinetinin yerləşdiyi giriş qapıya Britaniya bayrağının elementləri ilə bəzənmiş gül dəstəsi qoyulub. Ukraynanın milli geyimində olan ofis işçiləri və hərbçilərin ortasında Baş nazir Sunak Ukrayna bayrağı rənglərində geyinmiş qızı və rəsmilərlə birgə durub.
R.Sunak fotonu sosial şəbəkədəki səhifəsində paylaşıb:
“Bütün Ukraynalılara! Biz səninlə birlikdəyik!
Həmrəylik və vəhdətdə.
Slava Ukraini”
Əvvəlki məqalə

Pentaqon Ukraynaya 2 milyardlıq yeni hərbi yardım paketi ayırdı

Sonrakı məqalə

Zelenski Polşa Baş naziri ilə görüşdü