Zelenski sabiq prezident Poroşenkoya sanksiya tətbiq etdi
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası (MDŞ) keçmiş prezident Pyotr Poroşenko, iş adamı İqor Kolomoyski və siyasətçi Viktor Medvedçuka qarşı sanksiyalar tətbiq edib.
AzPost bildirir ki, bu barədə sənəd Ukrayna prezidentinin saytında yayımlanıb.
Siyahıya biznesmen və keçmiş deputat Konstantin Jevaqo və sahibkar Gennadi Boqolyubov da daxildir.
Prezident Vladimir Zelenski bu şəxslərə qarşı sanksiyaları şərh edərkən deyib: “Ukraynanı, Ukraynanın maraqlarını, Ukrayna təhlükəsizliyini satmaqla qazanılan milyardlar bloklanmalı və Ukraynanı və ukraynalıları qorumaq üçün işləməlidir”.
Fevralın 12-də “Forbes Ukraine” iki mənbəyə istinadən Milli Təhlükəsizlik və Müdafiə Şurasının deputat və Avropa Həmrəyliyinin lideri Pyotr Poroşenkoya qarşı sanksiyalar tətbiq etdiyini bildirib. Mənbələrdən birinə görə, məhdudiyyətlər dövlətə xəyanət maddəsi ilə tətbiq oluna bilərdi.
Prezident Vladimir Zelenski axşam müraciətində Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının fevralın 13-də dərc ediləcəyini bildirib. O, həmçinin bildirib ki, “Ukraynanın milli təhlükəsizliyini məhv edən və Rusiyaya kömək edən hər kəs” cavab verməlidir.
Poroşenko sonradan sanksiyaların tətbiqini təsdiqləyərək bunu “siyasi sahənin nümayişkaranə təmizlənməsi” adlandırıb.