Vladimir Zelenskinin Ukrayna prezidenti kimi səlahiyyət müddəti mayın 20-də başa çatıb.
Azpost.info xəbər verir ki, Zelenski 2019-cu il mayın 20-də vəzifəsinin icrasına başlayıb.
Növbəti prezident seçkiləri 2024-cü ilin martında keçirilməli idi, lakin ləğv edildi. Kiyev bu qərarı ölkədə hərbi vəziyyətin təsiri ilə izah edib.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva ilə Kiyev arasında sənədlər imzalanacağı təqdirdə Ukrayna prezidentinin legitimliyi Rusiya üçün vacibdir. O vurğulayıb ki, mayın 20-dən sonra Vladimir Zelenskinin legitimliyi məsələsi ölkənin siyasi və hüquqi sistemləri tərəfindən həll edilməlidir.
Azpost.info