Zeynəb Xanlarovanın 45 il əvvəl Ermənistanda konsertindən nadir görüntülər –VİDEO

SSRİ xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarovanın qastrolları Sovet İttifaqında hadisəyə çevrilirdi. 

Azpost.info bildirir ki, görkəməli sənətkarımızın 1978-ci ildə Ermənistan SSR-də verdiyi silsilə konsertlər böyük rezonans yaratmışdı  Həmin konsertdən görüntülər internetdə paylaşılıb.

Ermənistanın “Razdan” və Gümrünin “Şirak” stadionunda baş tutan konsertlər öz izdihamı ilə seçilib.

Konsertə gələn on minlərlə insan Zeynəb Xanlarovanı dinləyib. Onların bir çoxu Ermənistanda o zaman yaşayan soydaşlarımız olub.  Z.Xanlarovanın konserti əvvəlcə Filarmoniyada planlaşdırılsa da sonradan kütləvi tamaşası axını məkanı dəyişməyə vadar edib.

Konsertin futbol stadionunda təşkil edilib. Z.Xanlarova konserti Azərbaycan mahnısı ilə açıb.

Kadrlarda tamaşaçıların Zeynəb xanımın ifasını sevinclə dinlədiyi, rəqs etdikləri görünür.

Azpost.info həmin görüntüləri oxucularına təqdim edir:

 

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.