Zeynəb Xanlarovanın adından dələduzluq edildi- FOTO

Zeynəb Xanlarova
Zeynəb Xanlarova
Xalq artisti Zeynəb Xanlarovanın adından dələduzluq edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə Z.Xanlarovanın “Instagram”dakı fan-səhifəsi məlumat yayıb.
“Zeynəb Xanlarovanın adından sosial şəbəkələrdə saxta profillər yaradılıb və guya konsert proqramı keçiriləcək deyə, bilet satışı ilə fırıldaqçılıq etməyə çalışırlar. Xahiş edirik, bu cür mesajlara və bilet satışlarına inanmayın! Rəsmi konsert xəbərləri yalnız sənətçinin etibarlı və rəsmi kanalları vasitəsilə paylaşılır. Aldanmayın, diqqətli olun!”, deyə paylaşımda bildirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.