Zeynəb Xanlarova AZTV-nin Yeni il çəkilişlərində iştirak edib –VİDEO

Uzun müddətdir efirlərdə görünməyən  SSRİ xalq artisti Zeynəb Xanlarova AzTV-nin Yeni il çəkilişində iştirak edib.

Bu barədə dövlət televiziyası məlumat yayıb.

Xalq artisti çəkilişdə musiqisi Ələkbər Tağıyevə məxsus “Sənsən” mahnısını ifa edib.

Qeyd edək ki, bir neçə gün öncə mediada Zeynəb Xanlarovanın Türkiyəyə köçməsi ilə bağlı xəbərlər yayılmışdı.

Xatırladaq ki, Xalq artisti dekabrın 28-də 86 yaşını qeyd edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.