Zidan bu komandanın baş məşqçisi olmaq istəyir

“Real” Madridin sabiq baş məşqçisi Zinəddin Zidan “Yuventus”a rəhbərlik etmək istəyir. 

Azpost.info bildirir ki, bu barədə “L’Equipe” məlumat verib. Zidan 1996-2001-ci illərdə “Yuventus”da oynayıb.

Baş məşqçi kimi Zidan “Real”da çalışıb. Bu postda olarkən komanda 3 dəfə Çempionlar Liqasının, iki dəfə İspaniya çempionu olub.

Zidan Portuqaliya, ABŞ, Qətər və Səudiyyə Ərəbistanından gələn dəvətləri rədd edib.

 

Əvvəlki məqalə

XİN Mirzoyanın səsləndirdiyi fikirlərə münasibət bildirib

Sonrakı məqalə

Volodinin İrana səfərinin vaxtı və proqramı