Zidanın oğlu “Real Madrid”dən getdi- Yeni klubu bəlli oldu

Fransalı veteran futbolçu Zinəddin Zidanın oğlu Teo Zidanın yeni klubu bəlli olub.

22 yaşlı yarımmüdafiəçi azad agent kimi “Kordoba” komandasına keçib. Onunla 2 illik müqavilə imzalanıb.

“Real Madrid”in yetirməsi olan T.Zidan son olaraq klubun ikinci komandasında çıxış edib.

Qeyd edək ki, “Kordoba” yeni mövsümdə İspaniya Sequndasında mübarizə aparacaq(azərtac).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.