Zığ şosesi ilə hərəkət edən sürücülərin nəzərinə!

Zığ şosesinin 27-ci km-də, Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində yük avtomobilindən daş kütləsi yolun hərəkət hissəsinə düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolda olan məlumat sürət tablosunun sağ zolaq hissəsində “məhdudlaşdırıcı zolaq” işarəsi qoyulub. Bununla yanaşı, yoldakı vəziyyətlə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib.

Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.

Əvvəlki məqalə

Şirvanda “Gənclər ətraf mühitin keşiyində” layihəsi çərçivəsində seminar keçirilib –

Sonrakı məqalə

“Deputat ola bilərəm, bu işin öhdəsindən gələrəm” –