“Zoom” videokonfranslar servisinin bazar dəyəri bu gün ilk dəfə olaraq 50 milyard ABŞ dolları həddini ötüb.
“Report” xəbər verir ki, mayın 29-da keçirilən hərrac zamanı şirkətin bir səhmi 9,74 faiz bahalaşaraq 179,48 ABŞ dollarından satılıb ki, bu da servisin bazar dəyərinin 50,61 milyard ABŞ dolları olması deməkdir.
“Bloomberg” xəbər verir ki, bu ilin əvvəlindən “Zoom”un bazar dəyəri 30 milyard ABŞ dollarından çox artıb.
Qeyd edək ki, məsafəli işləməyə, dərs oxumağa, başqaları ilə ünsiyyət qurmağa imkan verən “Zoom” servisi koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər, o cümlədən kütləvi yığıncaqlara qadağa qoyulması nəticəsində istifadə dairəsi xeyli genişlənməklə bu ilin mart ayında günlük istifadəçilərinin sayı 200 milyona çatıb ki, bu da ötən ilin dekabr ayına nisbətən 20 dəfə çoxdur.