“Zukerberq döyüş yeri ilə bağlı bütün təklifləri rədd edir”- İlon MASK

“Mark Zukerberq döyüş üçün təklif edilən bütün yerləri rədd edir, o cümlədən şəxsi evində döyüşməkdən imtina edir”.

Azpost.info xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask “Tviter” (X) hesabında bildirib.

“Döyüşün qısa təsviri: Mən “X”-də Zukerberqlə döyüş haqqında zarafat etdim, sonra Zukerberq dedi: “Mənə yer göndər”. İtaliya nəzakətlə Kolizeyi təklif etdi, Zukerberq imtina etdi, mən onun evini təhlükəsiz yer kimi təklif etdim, amma təəssüf ki, “səyahət” edirdi. Onun döyüşməyə razılaşacağı yer varmı?”, – Mask deyib.

Zukerberq daha əvvəl bildirmişdi ki, İlon Mask bilərəkdən onunla döyüşməkdən yayınır. Onun sözlərinə görə, rəqibi mümkün döyüşü ciddi qəbul etmir, ona görə də daim bəhanələr axtarır.

Zukerberq əlavə edib ki, o, əvvəllər Maska döyüş üçün real tarix təklif edib. Milyarderin sözlərinə görə, indi o, diqqətini idmana ciddi yanaşanlarla yarışmağa yönəltmək niyyətindədir.

Azpost.info

 

Əvvəlki məqalə

Salyanda teplovoz piyadanı vurub

Sonrakı məqalə

“Azərbaycan istəyir ki, Ağdam yolu reinteqrasiyanın başlanğıc nöqtəsi olsun”