Salyanda teplovoz piyadanı vurub

Bu gün səhər saatlarında Salyan rayonunun Arbatan kənd sakini S.Dadaşovanı rayon ərazisində dəmir yolunu keçmək istəyən zaman teplovoz vurub.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Bir müddət sonra isə S.Dadaşova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqalə

Ali məktəblərə ixtisas seçimi başlanıb

Sonrakı məqalə

“Zukerberq döyüş yeri ilə bağlı bütün təklifləri rədd edir”