Zəngilanda dövlət sərhədini pozan erməni diversantlara cəza istənilib

Azərbaycanın dövlət sərhədini pozmaqda və ağır cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşı olan hərbi qulluqçular – Ovagimyan Arutyun Yurikoviç və Kazaryan Karen Aşotoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışı edib.

Sonra təqsirləndirilən şəxslər son söz deyiblər. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən şəxslərin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakimlər hökm elan etmək üçün müşavirəyə yollanıb.

Hökm sabah elan ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.