"Qarabağ ətrafında situasiya müzakirə edilib. Atəşkəsə nəzarət üzrə birgə rus-türk mərkəzinin fəaliyyəti müsbət qiymətləndirilib".
Ərdoğan Üçtərəfli Bəyanat üzrə əldə edilmiş razılaşmaların reallaşdırılması üçün Rusiyanın səylərini dəstəkləyib.
Putin və Ərdoğan Suriya ilə bağlı müzakirə aparıblar. Həmçinin ABŞ prezidenti Bayden ilə görüşləri barədə fikir mübadiləsi edilib.