Bəyaz Hərəkatının sədri Hürrü Əliyev də Milli Məslisə 2020-ci ilin 9 fevralında keçiriləcək seçkilərə qatılacaq.
Azpost.info cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə qərar Bəyaz Hərəkatının İdarə Heyətində qəbul olunub. Hürrü Əliyev 15 saylı Yasamal Birinci seçki dairəsində yarışacaq. Qeyd edək ki, BH sədri 1979-cu ildən həmin ərazidə qeydiyyatdadır. Yasamal rayonunda yerləşən 52 saylı orta məktəbi bitirib.