Əfqanıstanda baş verən zəlzələdə 2 min nəfər ölüb

Əfqanıstanın qərbində 6,3 maqnitudalı iki zəlzələ baş verib. 

Şənbə günü Əfqanıstanın Herat əyalətində güclü zəlzələ baş verib. Tələfat və dağıntılara səbəb olan yeraltı təkanlar Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən qeydə alınıb.

Zəlzələnin episentri Herat şəhərindən 40 km şimal-qərbdə yerləşib və ondan sonra bir neçə yeraltı təkanlar baş verib.

Zəlzələ və afterşokların qurbanlarının sayı 2 minə çatıb.

Bu barədə Associated Press Taliban nümayəndəsinə istinadən xəbər verir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.