Əfqanıstanda məsciddə terror törədilib –

100-dən çox ölü və yaralı var
08 Oktyabr 2021 - 16:53

İlkin məlumata görə, Əfqanıstanın Qunduz vilayətində törədilmiş terror aktı nəticəsində ölü və yaralı sayı 100-dən çoxdur.

Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasından bildirilib.

BMT-nin Əfqanıstana Yardım Missiyası terror aktına görə dərin narahatlığını ifadə edib.

AFP-nin xəstəxanadakı mənbələrə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində ən azı 50 nəfər ölüb.