“Əhəmiyyət kəsb edən səviyyədə narazılıq yaradan pozuntular yoxdur”

- MSK sədri
27 Yanvar 2020 - 16:55

“Hansısa əhəmiyyət kəsb edən səviyyədə narazılıq yaradan pozuntular yoxdur”.

 APA-nın məlumatına görə, bunu bu gün  Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 MSK sədri deyib ki, aşağı seçki komissiyaları ən kiçik xoşagəlməz hallarla məşğul olurlar: “Mütləq mənada istənilən mübahisəli məsələdə biz namizədi müdafiə etməkdən çəkinməməliyik. Namizədlər də bundan sui-istifadə etmirlər. Bu da xoşagələn haldır”.