Əli Kərimli və Əli İnsanov arasında görüş olub-

FOTO
25 Noyabr 2021 - 23:21

Noyabrın 25-də iki müxalifət partiyasının liderləri  Əli Kərimli və Əli İnsanovun görüşü olub.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Haqq Ədalət Partiyasının rəhbərləri ölkədə və regiondakı  ictimai-siyasi vəziyyəti müzakirə ediblər. Bu barədə Əli İnsanovun mətbuat xidməti məlumat verib.

“Əksər məsələlərdə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Tərəflər belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıblar və onların davam etdirilməsinin vacibliyini qeyd  ediblər”, – Haqq Ədalət Partiyasının məlumatında deyilir.

Qeyd edək ki, son aylar Haqq Ədalət Partiyası Müsavat, Vətəndaş və İnkişaf, Demokratiya və Rifah, Liberal partiyalarının liderləri ilə görüşlər keçirib