Ərdoğan prezident İlham Əliyevlə Qazaxıstandakı hadisələri müzakirə edib

06 Yanvar 2022 - 20:18

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin prezidentləri ilə telefonla danışıb.

Türkiyə Prezidentinin dəftərxanasının yaydığı məlumatda bildirilir ki, Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə danışıb.

Telefon danışığında Qazaxıstanda baş verən hadisələr əsas müzakirə mövzusu olub.