Ərdoğanın sözçüsü Baydenin müşaviri ilə Qarabağı müzakirə edib

27 Oktyabr 2021 - 17:13

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın və ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub.

CNN “Türk”ün verdiyi xəbərə görə, tərəflər Türkiyə və ABŞ prezidentlərinin Qlazqoda keçiriləcək görüşü ilə bağlı planları müzakirə ediblər.

Telefon danışığı zamanı Qarabağ, Əfqanıstan, Şərqi Aralıq dənizi, Yunanıstan, Türkiyənin terrorla mübarizəsi, “F-35” və “F-16” mövzularında da fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, noyabrın 1-12-də isə Şotlandiyanın Qlazqo şəhərində 26-cı Birləşmiş Millətlər İqlim Dəyişikliyi Konfransı (COP26) keçiriləcək. Türkiyə və ABŞ liderlərinin görüşü konfrans çərçivəsində baş tutacaq.(APA)