“Əcnəbilərin Rusiyaya gəlişi və qalma şərtləri haqqında qanun hazırlanır”- MEDVEDEV

“Xarici vətəndaşların Rusiya ərazisinə gəlişi, çıxışı və qalma şərtləri haqqında qanun layihəsi hazırlanır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, miqrasiya xidmətlərinin yenidən təchiz edilməsinin, təklif olunan tədbirlərin maliyyələşdirilməsi prosedurunun işlənib hazırlanmasının, bunun üçün nə qədər vəsaitin tələb olunduğunun müəyyən edilməsinin, həmçinin mövcud vəziyyətin yaratdığı ciddi təhlükələrə nəzarətin aparılmasının vacibliyini vurğulayıb.

Medvedev xatırladıb ki, miqrantların Rusiya Federasiyasına girişinə nəzarət və qalma qaydaları ölkə ərazisində təhlükəsizlik rejiminin tərkib hissəsidir.

O əlavə edib ki, bu ilin sentyabrında miqrasiya məsələləri üzrə Təhlükəsizlik Şurasının geniş iclası keçiriləcək.

Azpost.info

Əvvəlki məqalə

Diplomatik korpusun nümayəndələri Füzuli şəhərinin köhnə mərkəzində olub

Sonrakı məqalə

“Həsən bəy Zərdabi SSRİ xalq artisti Rauf Hacıyevin babası sayılır…” –