Ədalət Şükürovun oğlunun toyudur

Əməkdar artist Ədalət Şükürovun evində toy olacaq. 

Axşam.az-ın əldə etdiyi məlumata görə, müğənni övladı Emili evləndirir.

Məclis sabah şəhərin dəbdəbəli restoranlarından birində keçiriləcək. Toya az sayda sənət adamı dəvət edilib. Buna səbəb isə Ə.Şükürovun toydan görüntülərin yayılmasını istəməməsidir.

Qeyd edək ki, Emilin 25 yaşı var. Ə.Şükürovun Jalə adlı bir qız övladı da var.

Əvvəlki məqalə

Türkiyədəki səfirliyimiz 28 May Günü ilə bağlı tədbir təşkil edib

Sonrakı məqalə

Xalq şairi Səməd Vurğunun vəfatından 67 il ötür