“ƏDV geri al”: vətəndaşlara geri qaytarılan məbləğ açıqlanıb

“ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün 1,9 milyona yaxın istifadəçi qeydə alınıb.

Qeyd edək ki, hazırda ölkə üzrə tətbiq edilən onlayn nəzarət-kassa aparatlarının sayı 74.242-dir. 2022-ci ilin yanvar-avqust aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 milyard 307 milyon 568,9 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 faiz çoxdur.

Əvvəlki məqalə

İnsan alverinə qarşı mübarizəyə dair yeni mexanizm müəyyənləşir

Sonrakı məqalə

Putinin hədələri ciddi qarşılanmalıdır