Əfqanıstanın qərbində 6,3 maqnitudalı iki zəlzələ baş verib.
Şənbə günü Əfqanıstanın Herat əyalətində güclü zəlzələ baş verib. Tələfat və dağıntılara səbəb olan yeraltı təkanlar Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi tərəfindən qeydə alınıb.
Zəlzələnin episentri Herat şəhərindən 40 km şimal-qərbdə yerləşib və ondan sonra bir neçə yeraltı təkanlar baş verib.
Zəlzələ və afterşokların qurbanlarının sayı 2 minə çatıb.
Bu barədə Associated Press Taliban nümayəndəsinə istinadən xəbər verir.
Azpost.info