Əfsanəvi ABBA qrupu Avroviziyada çıxışdan imtina edib

İsveçin əvsanəvi ABBA qrupunun üzvləri 2024-cü ildə keçiriləcək Eurovision mahnı müsabiqəsində çıxış etməyəcəklərini açıqlayıblar.

Azpost.info bildirir ki, müsabiqə gələn ilin yazında İsveçdə keçiriləcək. Maraqlıdır ki, gələn il həmçinin ABBA-nın qələbəsinin 50-ci ildönümü tamam olur.
“The Guardian” yazır ki, Byorn Ulvaeus və Benni Andersson çıxış etməkdən imtina ediblər. Sonuncu qeyd etdi ki, komanda hətta yarışda görünmək niyyətində deyil.

“Mən istəməsəm, başqaları istəməz. Dördümüz üçün də bu eyni mövqedir. Əgər bizlərdən biri yox deyirsə, bu, “yox” deməkdir”, – deyə Andersson vurğulayıb.

Ulvaeus eyni zamanda etiraf etdi ki, ABBA yubileyi fərqli şəkildə qeyd edə bilər.

Azpost.info

Əvvəlki məqalə

“Barni”nin istehsalçısı “müharibənin sponsoru” kimi tanındı

Sonrakı məqalə

Rusiya çipləri özü istehsal edəcək