Əfvetmə barədə müraciəti necə etməli?

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətidir və fərdi qaydada müəyyən edilən şəxslər barədə tətbiq olunur.

Əfvetmə haqqında qərar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə rəsmiləşdirilir. Əfv üçün müraciətin iki forması var, biri müraciət, digəri vəsatət. Əfvetmə barədə müraciət məhkum olunmuş şəxs, onun müdafiəçisi, nümayəndəsi və ya qanuni nümayəndəsi tərəfindən verilə bilər. Nümayəndə və vəkil müraciət edirsə, onların səlahiyyətlərini təsdiq edən sənəd olmalıdır. Notariat qaydasında nümayəndə təsdiq edilir, yaxud vəkil orderin sürəti ilə məhbusun vəkili olduğu təsdiqlənir. İkinci müraciətin forması qeyri-hökumət təşkilatları, Ombudsman, Penitensiar Xidmətin rəhbərliyi, Milli Məclisin deputatları məhkumun əfv olunması ilə bağlı vəsatətir. Hər iki hallda müraciətlər cənab prezidentin adına ünvanlanır. Əfvetmə barədə müraciətdə aşağıdakı məlumatlar göstərilməlidir: – məhkum olunmuş şəxsin soyadı, adı, atasının adı – məhkum olunmuş şəxsin doğulduğu il, ay, gün və yer – məhkum olunmuş şəxs barədə hökmü çıxarmış məhkəmənin adı, hökmün çıxarıldığı tarix, hökmün nəticəvi hissəsinin qısa məzmunu – məhkum olunmuş şəxs barədə cəzanın növü, həddi, cəzanın çəkilməmiş müddəti və cəza çəkdiyi yer – məhkum olunmuş şəxsin şəxsiyyəti, o cümlədən səhhəti və ailə vəziyyəti, habelə iş üçün əhəmiyyətli olan hallara dair digər zəruri məlumatlar – törədilmiş cinayətlərə bağlı şəxsin peşmançılıq çəkməsi, vurulmuş maddi zərərin ödənilməsi və əfvetmənin mümkünlüyünü göstərən digər hallar Müraciətlər Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektoru İstiqlaliyyət küçəsi, 19, Az 1066, ünvanıda göndərilməlidir.

Bu məqalə “Tolerantlıq” Sosial Araşdırmalar İB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Aktiv Gənclər Təşəbbüsü” layihəsi çərçivəsində dərc edilir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.