Əli Əsədov:“İndiyədək Ukraynadan 9246 vətəndaşımız təxliyə olunub”

“Ukraynadakı vətəndaşlarımızın təxliyəsi məsələsi diqqətimizdədir”.

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, qonşu, yaxın ölkələrdə baş verən hadisələr Azərbaycana da təsirsiz ötüşmür: “Soydaşlarımızın Ukraynadan təxliyəsi, həmçinin, təhlükəsizliyinin təmin edilməsi baxımından bütün işlər görülür. İndiyədək Ukraynadan 9246 nəfər təxliyə olunub”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir