Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi –Gümüşdən olan portretini evdən HƏP-ə gətirdi /FOTO

Əli İnsanovun rəhbərliyi ilə HƏP İdarə Heyətinin üzvləri  Fəxri Xiyabana gələrək  mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edib.
Azpost.info bildirir ki, bu barədə HƏP mətbuat xidmətinin məlumatında bildirilir.
Daha sonra Fəxri Xiyabanda Heydər Əliyevin doğmalarının məzarlarını da ziyarət edilib.
Yubiley tədbirləri geniş tərkibdə Haqq Ədalət Partiyasının Mərkəzi Qərargahında davam edib. HƏP sədri Əli İnsanov uzun illər ərzində öz yaşadığı mənzilin divarından asdığı Heydər Əliyevin gümüşdən hazırlanmış portretini partiyadaşları ilə birlikdə HƏP-in Mərkəzi Qərargahına gətirib.
Heydər Əliyevin portretini böyük ehtiramla salona gətirən İdarə Heyətinin üzvləri Fərrux Binnətzadə və Murad Bayramoğlu onu divarda ən uca yerdən asıblar. Bu təntənəli anı tədbirdə iştirak edənlər ayaq üstə alqışlarla qarşılayıb.
Əvvəlki məqalə

Prezident Administrasiyasının rəhbəri Heydər Əliyevin məzarını ziyarət edib

Sonrakı məqalə

Prezident ailə üzvləri ilə ŞUŞADA –