Ən çox hansı dairədə deputatlığa namizəd qeydə alınıb?

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində ən çox və ən az deputatlığa namizədlərin qeydə alındığı seçki dairələri məlum olub.

Ən çox deputatlığa namizəd 15 saylı Yasamal Birinci Seçki Dairəsində qeydə alınıb.

Bu seçki dairəsində 23 deputatlığa namizəd var. Ən az deputatlığa namizədlər isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Gəngərli-Naxçıvan və 4 saylı Naxçıvan Şəhər seçki dairələrində qeydə alınıb. Bu seçki dairələrinin hər birində 3 deputatlığa namizəd var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan gecə atəşkəs rejimini pozub

Sonrakı məqalə

Britaniya Avropa İttifaqından rəsmən çıxdı –