Britaniya Avropa İttifaqından rəsmən çıxdı –Boris Conson ziyafət verəcək

Britaniya rəsmi şəkildə Aİ-nin tərkibindən çıxıb. 

Britaniya 47 il sonra rəsmi olaraq Avropa İttifaqını tərk edib. Britaniyanın Aİ-dən çıxması münasibəti ilə xalq Londonda Parlament Binasının qarşısında yığışaraq bu anı qeyd edirlər. 

Bundan bir saat öncə isə Boris Conson video çıxışında “Brexit”in son deyil, başlanğıc olduğunu bildirib. 

Böyük Britaniyanın Baş Naziri Boris Conson Dauninq-stritdəki iqamətgahında Nazirlər Kabinetinin üzvləri və digər yüksəkvəzifəli məmurlar üçün “Brexit” şərəfinə ziyafət təşkil edəcək. “Reuters” xəbər verir ki, axşama sabiq Baş Nazir Tereza Meyin dəvət edilib-edilməyəcəyi məlum deyil.

Boris Conson bildirib ki, Britaniya Aİ-ni tərk etdikdən sonra bəzi maneələrə  rast gələ bilər: “Xalqın bir qismi Aİ-dən çıxdığımıza görə narahatlıq keçirir. Onları başa düşürəm. Mənim vəzifəm ölkəni bir araya gətirmək və irəli aparmaqdır”.

Boris Conson Brexitin yeni ümidləri təmsil etdiyini bildirib.

Brüsseldə isə, əksinə, Brexit münasibətilə heç bir tədbir gözlənilmir. Avropalı məmurlar Böyük Britaniyanın Aİ-dən çıxması qərarından təəssüfləndiklərini müxtəlif səviyyələrdə dəfələrlə dilə gətiriblər.

Britaniya Aİ-nin tərkibindən rəsmi şəkildə yanvarın 31-də London vaxtı ilə saat 23:00-da (Bakı vaxtı ilə fevralın 1-i saat 3:00) çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ən çox hansı dairədə deputatlığa namizəd qeydə alınıb?

Sonrakı məqalə

İranda içərisində 110 nəfərin olduğu təyyarə qəza enişi edib –