“Ərazimizə təhlükə olsa nüvə silahı tətbiq edəcəyik, bu, blef deyil” –PUTİNDƏN XƏBƏRDARLIQ

Rusiya prezidenti Vladimir Putin xalqa bugünkü müraciətində Rusiyanı nüvə silahı ilə şantaj etməyə çalışanlara xəbərdarlıq edib.

Azpost.info xəbər verir ki, Putin şantajlara cavab olaraq “külək onların istiqamətinə dönə bilər”, – deyib.

“Rusiyanın ərazi bütövlüyünə təhlükə olarsa, bütün atəş vasitələri, o cümlədən nüvə silahından istifadə edəcəyik, bu, blef deyil”, – Putin bildirib.

O, Vaşinqtonun Ukraynanı hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə vadar etdiyini deyərək bunu nüvə şantajı adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Erməni təxribatı zamanı Laçın istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Sonrakı məqalə

Şoyqu Ukraynada öldürülən Rusiya hərbçilərinin sayını açıqladı