Goranboy və Sabirabad DYP bölmələrinə yeni rəislər təyin edilib

Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Əmiraslanov Səbuhi Abdulla oğlu təyin edilib.

O, bu təyinata qədər Şəmkir DYP-nin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Goranboy DYP-nin əvvəlki rəisi, mayor Müşviq Əliyev vəzifəsindən azad olunaraq, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə rəis təyin edilib.

Əvvəlki məqalə

“Yuventus”, “Çelsi”nin məşhur oyunçusu “Neftçi”yə baş məşqçi təyin olunub

Sonrakı məqalə

Ərdoğan İsveçin NATO-ya üzvlük protokolunun parlamentə göndərməyə razılıq verib