Ərdoğan Putinlə telefonda danışıb –İstanbulda Rusiya, Ukrayna və BMT arasında görüş təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional məsələləri müzakirə edib.

Prezident Ərdoğan, İstanbulda Rusiya, Ukrayna və BMT arasında görüş təşkil edərək, mümkün monitorinq mexanizminin yaradılmasını təklif edib.

Bundan əlavə, dövlət başçısı Suriya sərhədinin 30 km. dərinliyində terrordan azad zonanın yaradılmasının hələ də mümkün olmadığını və buranı təhlükəsiz hala gətirməyin zəruri olduğunu bildirib.

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 1 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Moldova Prezidenti İlham Əliyevə zəng etdi –