Ərdoğan Qarabağa gəlmiş Türk əsgərlərinə müraciət etdi:“Türk əsgəri “ölsəm şəhidəm, qalsam qazi” inancı ilə Azərbaycandakı vəzifəsini yerinə yetirəcək”

Türkiyə prezidenti Ərdoğan Qarabağda atəşəkəsə nəzarət üzrə Mərkəzdə xidmət edəcək türk hərbçilərinə müraciət edib.

Azpost.info bildirir ki, Bakıda türk əsgərləri ilə keçirilən keçirilən toplantıda telefonla çıxış edən Ərdoğan Azərbaycan ordusunu salamlayıb: “Can Azərbaycanın prezidenti İlham Əliyev liderliyi ilə 44 gündə dastan olacaq zəfərə imza atdınız.  Dağlıq Qarabağ və işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi uğrunda mübarizədə əldə edilən qələbə ilə bağlı Azərbaycan ordusunu təbrik edirəm. Azadlıq meydanında Zəfər paradında Azərbaycan xalqının qururlu gününə ortaq olduqlarını deyən Ərdoğan bildirib ki, qardaş Azərbaycan Qafqaz İslam Ordusunu necə dua və göz yaşları ilə qarşıladısa 10 dekabrda da Türk Silahlı Qüvvələrini eyni həyəcanla qarşıladı”.

Ərdoğan türk hərbçilərinə müraciətində bildirib: “Sizin orada mövcudluğunuz, ölkələrimiz arasında əlaqənin gəlib çatdığı nöqtənin nişanəsidir. Türkiyə olaraq hərbi qələbəsini diplomatik nailiyyəti ilə möhkəmləndirməkdə olan Azərbaycanın mübarizəsini hər sahədə və bütün beynəlxalq platformalarda dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında atəşkəsə nəzarət üçün bölgədə xidmət aparacaq əsgərlərimizə uğurlar arzulayıram. Atəşkəsi izləmək üçün qurulacaq Mərkəzin bu andan etibarən fəaliyyətə başlamalıdır.

Silahlardan çıxan atəşin tüstüsü dağılmadan atəşkəsi pozan Ermənistana dəral bu yanlışlıqdan geri dönmələrini tövsiyə edirəm. Keçmişi şan və şərəflə dolu Türk ordusu əsrlərdir olduğu kimi bu gün də 3 qitə və 7 iqlimdə lazım olarasa canını qurban verəcək, davasına qulluq etməyi davam edəcək. Türk əsgəri “ölsəm şəhidəm, qalsam qazi” inancı ilə ölkəmiz və dünyanın dörd bir yanından, ən birincisi də Azərbaycanda onun üzərinə qoyulan vəzifəsini tam yerinə yetirəcək”.

Qeyd edək ki, Türkiyənin Müdafiə naziri Hulusi Akarın rəhbərliyi ilə nümayəndə heyəti Bakıya gəlib. Azərbaycan Müdafiə Nazirliyi ilə birgə Dağlıq Qarabağda fəaliyyətə başlayacaq Türk hərbçiləri ilə toplantı keçirilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Noyabrda ölkəyə beş min avtomobil gətirilib

Sonrakı məqalə

Cənub Qaz Dəhlizi ilə Avropaya ilk qaz çatdırılıb –