Əsgərin döyülməsi ilə bağlı görüntülər araşdırılır –Baş Prokurorluq

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində bir hərbi qulluqçunun digərinə zor tətbiq etməsini əks etdirən videogörüntülərlə bağlı Bakı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Bunu APA-ya Respublika Hərbi prokurorunun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.

O bildirib ki, qanunvericiliyin tələblərinə müvafiq bütün zəruri tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

Əvvəlki məqalə

Rusiyada azərbaycanlı zavod direktoru vəfat edib

Sonrakı məqalə

Avropada ən az qadın məhbus Azərbaycandadır –