Əvvəl Rokfellerin, sonra Abramoviçin olan malikanə rekord qiymətə satılıb

Milyarder Devid Rokfellerin Karib dənizindəki Sent-Bartelemi adasındakı keçmiş mülkü 136 milyon dollara satılıb,

Azpost.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumatlı mənbələrə istinadən yazıb.

Daşınmaz əmlak şirkətinin sahibi Douglas Foregger gəlirin miqdarını ada üçün rekord adlandırıb.

52,6 hektar sahəsi olan malikanəni “Aspire Commodities”in sahibi Adam Sinn alıb. Mülkün son sahibləri prodüserlər Stiv və Linda Horn olub.

Rieltorun sözlərinə görə, malikanə istirahət evi kimi fəaliyyət göstərib, lakin son illərdə orada heç kim yaşamayıb. Qasırğalar nəticəsində binaya ciddi ziyan dəyib.

Devid Rokfeller malikanəni 1957-ci ildə həyat yoldaşı Peggi ilə birlikdə alıb. Milyarderin həmçinin bir neçə yardımçı binası, o cümlədən işçilər üçün yaşayış yeri və iki yataq otağı və mətbəxi olan qonaq evi olub.

“Forbes”in məlumatına görə, 2009-cu ildə malikanə rusiyalı iş adamı Roman Abramoviç tərəfindən alınıb. O, mülk üçün 90 milyon dollar ödəyib.

Eyni zamanda Abramoviç adaya külli miqdarda sərmayə qoyub, Karib dənizi futbol turnirini maliyyələşdirib və qasırğadan sonra stadionun təmiri xərclərini ödəyib. Nəşr onu da bildirir ki, Abramoviç yerli ekosistem üçün vacib olan duzlu su hövzəsinin bərpası üçün pul ödəyib.

2022-ci ilin aprelində hərbi əməliyyatla əlaqədar Fransa hakimiyyəti Abramoviçin təxminən 1 milyard dollar dəyərində olan daşınmaz əmlakını dondurub.

Azpost.info

Əvvəlki məqalə

“Daha bir qeyri-dost hərəkəti…”

Sonrakı məqalə

Britaniya müdafiə naziri Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini