Britaniya müdafiə naziri Ukraynadakı münaqişənin nə vaxt bitəcəyini- AÇIQLADI

“Ukraynadakı münaqişə 2024-cü ilə qədər davam edəcək”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles “The New York Times”a müsahibəsində deyib.

“Mən nikbinəm ki, bu il və gələn il arasında Ukrayna öz sürətini və gücünü qoruyacaq”, – Uolles bildirib.

Nazir Ukrayna ordusunun əks-hücumunun uğuruna tam əmin olduğunu bildirib. Eyni zamanda, o, əlavə edib ki, realist olmaq lazımdır, çünki Rusiyanın dağıldığı sehrli bir an olmayacaq.

Qeyd edək ki, aprelin 15-də Ukraynanın Baş naziri Denis Şmıqal ABŞ hakimiyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edib və Ukrayna qoşunlarının yaxın vaxtlarda əks-hücum əməliyyatına başlamağa hazır olduğunu bildirib. O, 1991-ci il sərhədləri daxilində ərazilərin qaytarılmasını ölkənin əsas məqsədi adlandırıb.

Azpost.info

Əvvəlki məqalə

Əvvəl Rokfellerin, sonra Abramoviçin olan malikanə rekord qiymətə satılıb

Sonrakı məqalə

Rusiya mağazalarında ən çox saqqız bahalaşıb