Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Katogriyasız

“1,4 milyon manat ayrılıb, amma 8 aydır iş görülmür” –

User 04 Avqust 2026 - 16:49
hokmeli

Hərbi ekspert Ədalət Verdiyev Abşeron rayonunun Hökməli və Qobu qəsəbələrində avtomobil yollarının əsaslı təmiri ilə bağlı vəziyyəti tənqid edib.

AzPost xəbər verir ki, ekspert sosial şəbəkədə paylaşımında Prezident İlham Əliyevin 19 dekabr 2025-ci il tarixli sərəncamı ilə Hökməli və Qobu qəsəbələrində yolların əsaslı təmiri üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manat vəsait ayrıldığını xatırladıb.

Onun sözlərinə görə, sərəncamın imzalanmasından 8 ay keçməsinə baxmayaraq, ərazidə təmir işlərinə başlanılmayıb.

Ədalət Verdiyev bildirib ki, sözügedən yol bir neçə il əvvəl əsaslı təmir edilsə də, yağış sularının və kanalizasiya sisteminin olmaması, eləcə də ətrafdakı ev və obyektlərdən çirkab sularının yolun üzərinə axıdılması səbəbindən qısa müddətdə yararsız vəziyyətə düşüb.

Ekspert qeyd edib ki, buna baxmayaraq, yol texniki nəzarətçilər tərəfindən istismara qəbul edilib. Onun sözlərinə görə, hazırda həm “Araz” market, həm də “Megastore” istiqamətindən çirkab suları yolun üzərinə axır və bunun qarşısını alan yoxdur.

Ədalət Verdiyev Hökməli qəsəbəsinin uzun illərdir infrastruktur problemləri ilə üz-üzə qaldığını da vurğulayıb. “Hökməli ən geridə qalmış kəndlərdən biridir. Burada normal su təchizatı, yollar, marşrut xətləri, park və istirahət məkanları yoxdur. Son 15 ildə bələdiyyə tərəfindən cəmi bir zibil meydançası tikilib. Kəndin daxili yolları da bərbad vəziyyətdədir. Ceyranbatanı gözlə görürük, amma onun suyundan istifadə edə bilmirik”, – deyə o bildirib.

Ekspert əlavə edib ki, kənd sakinləri bu problemlərlə bağlı mütəmadi olaraq ona müraciət edirlər. O, məsələ ilə bağlı aidiyyəti qurumlardan və ərazinin deputatından cavab ala bilmədiyini, buna görə də problemi ictimaiyyətin diqqətinə çatdırmağa məcbur olduğunu qeyd edib.

Paylaşımını “Hökməli hamının yadından çıxıb” sözləri ilə yekunlaşdıran Ədalət Verdiyev qəsəbədəki problemlərin həlli üçün aidiyyəti qurumları tədbir görməyə çağırıb.

AzPost.az

Post navigation

Previous: Sahibkarlar üçün mühüm QƏRAR –
Next: ABŞ İranla bu gün və ya sabah razılıq əldə edə bilər

Oxşar xəbərlər

valyuta
  • Katogriyasız

Bu günə olan valyuta məzənnələri

User 21 Oktyabr 2026 - 09:41
sabah uefa
  • Katogriyasız

“Sabah” “Borussiya”ya məğlub oldu – Çempionlar Liqası

User 20 Oktyabr 2026 - 23:24
zelenski uitkof
  • Katogriyasız

ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verdi – Zelenski Rusiyaya təklifini açıqladı

User 20 Oktyabr 2026 - 22:28

xƏBƏR

abs konqres
  • Dünya

Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?

User 03 Noyabr 2026 - 15:33
ABŞ Konqresinə aralıq seçkilər seçki məntəqələri açılmamışdan əvvəl faktiki olaraq başlayıb: artıq 57 milyon insan səs verib....
Read more about Tramp üçün həlledici seçki: 57 milyon insan artıq səs verib – Konqres kimin nəzarətinə keçəcək?
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır budce
  • İqtisadiyyat

Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır

User 03 Noyabr 2026 - 15:06
“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko lukasenko
  • Dünya

“Ukraynada müharibə yaxın aylarda başa çatacaq, hamı yorulub” – Lukaşenko

User 03 Noyabr 2026 - 14:50
Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı peskov
  • Dünya

Rusiya Ukrayna ilə danışıqlara kimin rəhbərlik edəcəyini açıqladı

User 03 Noyabr 2026 - 14:41
Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.