Amerikalı Cou Çestnat rekord sayda -83 ədəd hot-doq yeyərək rəqibi yaponiyalı Takeru Kobayaşini geridə qoyub.
Azpost.info UPI-yə istinadən bildirir ki, yarışma Əmək Günü münasibəti ilə Netflix-in xüsusi proqramı zamanı keçirilib.
Rəqiblərin 10 dəqiqə ərzində bacardıqları qədər hot-doq yeməli idi. Çestnat 83 hot-doq, Kobayaşinin 67 hot-doq yeyib. Çestnat bununla həm də 2021-ci ildəki rekordunu təzələyib. O vaxt o, 76 hot-doq yemişdi.
40 yaşlı Çestnat və 46 yaşlı Kobayaşi hot-doq yemək üstündə bir-biri ilə yarışan ən məşhur şəxslərdir.
Onlar 15 ildə ilk dəfə bu yarışmada üz-üzə gəlib.