“100 nəfərdən çox erməni hərbi qulluqçu Ermənistana verilib” –İLHAM ƏLİYEV

“Azərbaycan həmişə, – istər döyüş əməliyyatları dövründə, istər onlardan sonra, – bütün humanitar normalara riayət edilməsinə ardıcıl tərəfdar olub. Deməliyəm ki, hərbi əməliyyatlar bitəndən sonra saxlanılmış 100 nəfərdən çox erməni hərbi qulluqçu, o cümlədən bir nəfər bu gün səhər Ermənistan tərəfə verilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə keçirilmiş üçtərəfli görüşdən sonra mətbuata bəyanatında deyib.

“Biz həmişə humanizm prinsipinin aliliyini əsas götürmüşük və bundan sonra da işi bu istiqamətdə davam etdirmək niyyətindəyik. Biz Ermənistan tərəfindən də regionda vəziyyətin daha artıq dərəcədə proqnozlaşdırıla bilən olması üçün şərait yaradılması niyyətini görürük. Mən dəfələrlə demişəm, biz Azərbaycanda Ermənistan ilə çoxillik qarşıdurma səhifəsini çevirmək, normal qarşılıqlı fəaliyyət mərhələsinə başlamaq əzmindəyik və düşünürəm ki, məhz bu formatda öz məqsədlərimizə çatacağıq”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Putin Soçi görüşündən sonra Təhlükəsizlik Şurasının müşavirəsini keçirib

Sonrakı məqalə

Cənubi Afrikada yayılan koronavirusun yeni variantına “Omikron” adını verilib