Dövlət Komissiyası naməlum məzar yerləri ilə bağlı vətəndaşlara müraciət edib

“Məzar yerləri ilə bağlı məlumatların toplanması işi hazırda da davam etdirilir”.

Bunu müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Mən fürsətdən istifadə edərək işğaldan azad edilmiş Azərbaycan ərazilərində soydaşlarımızın dəfn yerləri barədə məlumatı olan hər kəsdən, xüsusən də keçmiş döyüşçülərdən, eyni zamanda həmin ərazilərdə yaşamış vətəndaşlarımızdan bu barədə Dövlət Komissiyasına məlumat vermələrini xahiş edirəm.

Məlumatları Dövlət Komissiyasının rəsmi E_mail ünvanına (info@human.gov.az) göndərmək və 81-61, 405-71-22 qaynar xətti vasitəsi ilə vermək mümkündür”, – o vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir