12 iranlı turist Moskvada yoxa çıxıb

İrandan gələn 12 turist Moskvada yoxa çıxıb.

Azpost.info xəbər verir ki, bu barədə “Baza” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, 32 turist “OLTA Travel” turizm agentliyinin müştəriləri olub. Onların bələdçisi və tərcüməçisi Toubasi Salem deyir ki, bu turistlərin arasında dərhal 12 şübhəli qonağı müəyyənləşdirib: “Onlar şəhərin görməli yerləri ilə maraqlanmır və başqalarından uzaqlaşırdılar”.

Oteldə məhz bu iranlılar pasportlarını geri istəsələr də, bələdçi rədd cavabı verib. Çünki qaydalara görə, sənədlər turun sonunda geri qaytarılır. Ertəsi gün həmin qrup restorana gedib və geri qayıtmayıb. Kanal turistlərin Moskvada qeyri-qanuni qalmağa qərar verdiyini ehtimal edir. “OLTA Travel” turizm şirkətinin nümayəndələri hadisə ilə bağlı şərh verməkdən imtina ediblər.

Azpost.info

Əvvəlki məqalə

“Azovstal”dan 500-ə yaxın insan təxliyə edilib –

Sonrakı məqalə

“Əməliyyat plan üzrə davam edir” –